Sərt döşəmə üzərində gəzmək, stul və ya digər əşyaların çəkilməsi, sərt cisimlərin yerə düşməsi kimi hallarda yüksək səviyyədə zərbə səsi yaranır və səs-küy yalnız aşağı mərtəbəyə deyil, binanın iskeleti vasitəsilə bütün mənzillərə yayılır. Döşəmədə yaranan zərbə səsinin digər növü də “daban səsi” adlanan və sərt döşəmə üzərində gəzməklə yaranıb eyni məkanda mühit səsi kimi yayılan səslərdir.
Yüksək sıxlığa sahib baryerli bondex süngər kimi səs izolyasiya materialları döşəmə səs izolyasiyası zamanı istifadə olunan ən təsirli materiallardandır. Əgər altdan gələn səslərin yüksək olacağı və səs izolyasiyası ediləcək döşəmədən aşağı mərtəbəyə çox səs keçəcəyi düşünülürsə, baryerli bondex süngər üzərinə səs izolyasiya baryeri qoyaraq daha yüksək performans əldə edildiyi kimi döşəmədə sərt bir səth yaradılaraq sonradan baş verə biləcək əyilmələrin də qarşısı alınmış olur. Akustik kauçuk xalça ilə də titrəyiş və vibrasiyanı önləməyiniz mümkündür. Saytımızdan sifariş verə və əlaqə saxlaya bilərsiniz.